241 nəfər dərmandan, 133 nəfər dəm qazından zəhərləndi

241 nəfər dərmandan, 133 nəfər dəm qazından zəhərləndi
12:42 21 İyul 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu ilin 6 ayında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 565 müraciət olunub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin KTM-nin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dərmanla zəhərlənmə ilə bağlı 241, dəm qazı ilə zəhərlənmə ilə bağlı 133, kəskin allergik reaksiyalarla bağlı 67, sirkə turşusu ilə zəhərlənmə ilə bağlı 52, spirtli içkilərdən zəhərlənmə ilə bağlı 56 nəfər qəbul edilib.

A.Maqsudov bildirib ki, sirkə turşusu 1 xörək qaşığı qəbul olunduqda onun ciddi fəsadları olur: "Həkim müalicə etməzsə, bu, ölümlə nəticələnir. Sirkə turşusunun qəbulundan 2 nəfər ölüb".

A.Maqsudov deyib ki, Sumqayıtda propilen zavodunda zəhərlənən 11 nəfərdən 1 nəfəri daha ağır idi: "O, bizə çatdırılmışdı. 1,5 sutkadan sonra özünə gəlmişdi. O, artıq evə yazılıb. Fövqəladə Hallar Nazirliyinin kanalizasiya quyusunda bu günlərdə zəhərlənən 4 əməkdaşdan 2-si koma vəziyyətində idi. Onlar həyata qaytarılıb".

A.Maqsudov deyib ki, bu il KTM-ə 41 nəfər ilan, 6 nəfər əqrəb sancması ilə bağlı müraciət edib. Bu say ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/565403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR