Sabahın HAVASI

Sabahın HAVASI
13:18 21 İyul 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 22-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 557 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/207022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR