Bakı. 21 iyul. REPORT.AZ/ Polşanın təhsil naziri Anna Zalevska Azərbaycana səfər edəcək.
Polşanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, nazir avqustun 7-10-da Qəbələdə keçiriləcək Beynəlxalq Skaut Hərəkatı Təşkilatının 41-ci Ümumdünya Skaut Konfransında iştirak edəcək.
Bundan başqa, А.Zalevska ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.