Məktəb direktorları və müavinləri üçün YENİ XƏBƏR

Məktəb direktorları və müavinləri üçün YENİ XƏBƏR
13:29 21 İyul 2017
192 Digər
Ölkə mətbuatı
A- A+

APA-ya Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

“Bu və ya digər səbəblərə görə, 6 saatdan daha artıq dərs demək istəyirlərsə, diaqnostik qiymətləndirilmədə iştirak edə bilər və onlara topladıqları bala uyğun olaraq tədris saatları verilə bilər”, - sektor müdiri vurğulayıb.

 

C. Valehov qeyd edib ki, RTŞ-nin metodistlərinə dərs saatının verilməsi isə diaqnostik qiymətləndirilmənin nəticəsi və Təhsil Nazirliyinin müvafiq razılığı əsasında mümkün ola bilər: “Əvvəl Rayon Təhsil Şöbələrində çalışan metodistlər adətən diaqnostik qiymətləndirilmədə iştirak etmədən dərs deyə bilirdilər. Amma indi isə bu, diaqnostik qiymətləndirilmədə iştirak və Təhsil Nazirliyinin müvafiq razılığı ilə mümkün olacaq. Daha çox pedaqoji fəaliyyət göstərmək istəyən metodistlər diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər. Bundan sonra isə onların dərs saatlarının artırılması məsələsinə baxılacaq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR