"Qəbələ"dən sıçrayış

"Qəbələ"dən sıçrayış
13:37 21 İyul 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının II təsnifat mərhələsindən sonra klubların reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, siyahıda Avropanın 442 komandası yer alıb.

Avropa Liqasında mərhələ adlayan "Qəbələ" hesabına 0,500 xal əlavə edib. Bununla, əmsalını 5,250-yə çatdıran təmsilçimiz 13 pilləlik sıçrayışa nail olub. Bir gün öncə Avropanın 181-cisi olan "Qəbələ" 168-ci yerə yüksəlib.

Digər komandalarımızın da mövqeyi dəyişib. Cari mövsüm avrokuboklarda oynamayan "Neftçi" öz əmsalı az olduğundan artıq ölkə reytinqindən gələn hissə ilə kifayətlənəcək. Bu üzdən bakılılar 7 pillə geriləyib.  Artıq "ağ-qaralar" ölkəmizin digər 4 komandası - "İnter", "Zirə", "Kəpəz" və "Xəzər Lənkəran"la eyni göstəriciyə malikdi. Bu komandalar 12 pillə irəliləyib.

Bir neçə gün əvvəl Çempionlar Liqasında mərhələ keçən "Qarabağ" da irəliləmişdi. 16,000 xala malik Ağdam klubu 78-ci yeri 75-ciyə dəyişib.

Qeyd edək ki, cədvələ "Real" başçılıq edir - 134,000 xal.

Azərbaycan klubları UEFA reytinqində

75. "Qarabağ" - 16,000
168. "Qəbələ" - 5,250
248-252. "Neftçi" - 3,400
"İnter" - 3,400
"Xəzər Lənkəran" - 3,400
"Zirə" - 3,400
"Kəpəz" - 3,400

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR