ABŞ və Rusiya arasında qarşılıqlı razılaşma üçünYENİ FÜRSƏT

ABŞ və Rusiya arasında qarşılıqlı razılaşma üçünYENİ FÜRSƏT
13:38 21 İyul 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ Prezidenti Donald Trampın Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən gizli tətbiq edilən və Suriya ordusuna qarşı vuruşan müxalifətçilərə tədris və silah yardımı proqramını ləğv etmək qərarı Rusiya-ABŞ işbirliyi üçün bir fürsətdir”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev açıqlama verib.

O, Trampın bu addımının iki ölkə arasında Suriyada terrora qarşı ortaq mübarizə mövzusunda dialoq qurulması üçün bir fürsət olduğunu deyib.

Rusiya Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Artyom Kojin də rəsmi Moskvanın Yaxın Şərqdəki gərginliyi aradan qaldırmaq üçün atılacaq hər addımı dəstəklədiyini açqılayıb:

“Rusiya gərginliyi aradan qaldıran və Yaxın Şərqin təhlükəsizliyini gücləndirməyi hədəf seçən hər bir addımı məmnuniyyətlə dəstəkləyəcək”.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR