İraqın vitse-prezidenti: “İŞİD-ə qarşı mübarizədə “peşmərgə” adlı silahlıların heç bir rolu olmayıb”

İraqın vitse-prezidenti: “İŞİD-ə qarşı mübarizədə “peşmərgə” adlı silahlıların heç bir rolu olmayıb”
13:42 21 İyul 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ "Terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə İraqın şimalındakı muxtar hökumətin “peşmərgə” adlı silahlılarının heç bir rolu olmayıb".
“Report” xəbər verir ki, bunu İraqın vitse-prezidenti müavini, keçmiş baş nazir Nuri əl-Maliki “RİA Novosti”yə müsahibəsində bildirib.
“Məsud Barzani (İraqın Şimalındakı muxtariyyətin başçısı –“Report”) xəyalpərəstdir. O yaxşı bilir ki, İŞİD-ə qarşı mübarizədə “peşmərgə”nın heç bir rolu olmayıb. İraq, İran və ABŞ-ın hərbi yardımı olmasaydı, Ərbili (muxtariyyət bu şəhəri özünə paytaxt elan edib- “Report”) də İŞİD ələ keçirəcəkdi. Onların (muxtariyyəti nəzərədə tutur- “Report”) real gücü yoxdur”, -deyə vitse-prezident vurğulayıb.
Qeyd edək ki, İraqın şimalında kürd muxtariyyəti 2005-ci ildə ölkə konstitusiyasında təsbit olunub. Bu il sentyabrın 25-də isə onlar müstəqillik haqda referendum keçirməyi planlaşdırıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raqin-vitse-prezidenti-i-si-d-e-qarsi-mubarizede-pesmerge-adli-silahlilarin-hec-bir-rolu-olmayi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR