“Bakcell”in dəstəyi ilə “Təhsil Avtobusu-2017” Yay Məktəbi başlayır

“Bakcell”in dəstəyi ilə “Təhsil Avtobusu-2017” Yay Məktəbi başlayır
13:52 21 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” MMC-nin dəstəyi, eləcə də Təhsil Nazirliyinin, “ENGİN” şirkətinin və “Kapital Bank” ASC-nin təşkilatçılığı ilə "Azərbaycan üçün Öyrət’’ təhsil proqramı çərçivəsində 24–31 iyul tarixlərində “Təhsil Avtobusu - 2017” Yay Məktəbi keçiriləcək.
Bu barədə “Report”a “Bakcell”dən bildirilib.
Məlumata görə, yay məktəbinin məqsədi bölgələrdə yaşayan və yaxud təhsil alan, orta ixtisas və ali təhsil müəssisələrinin akademik göstəriciləri orta olan tələbələrin karyera inkişafına təsir etmək, onlara informasiya texnologiyalarından karyera inkişafında istifadədə, iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar vermək, eləcə də həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına stimul verməkdir.
Yay Məktəbi çərçivəsində bu istiqamətlərdə dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək. Bakı – Quba – Masallı – Sabirabad - Gəncə - Mingəçevir – Zaqatala – İsmayıllı - Bakı marşrutu üzrə səyahət edəcək “Təhsil Avtobusu - 2017” Bakcell şirkəti tərəfindən təchiz edilmiş yüksəksürətli internetlə təmin olunacaq.
Qeyd edək ki, "Azərbaycan üçün Öyrət’’ təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır. “Bakcell” eyni zamanda Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində digər qurumlarla da uğurlu əməkdaşlığını davam etdirir. Belə ki, şirkət UAFA (Azərbaycana Birgə Yardım təşkilatı) və “SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası” İctimai Birliyi tərəfindən icra edilən müxtəlif layihələrə öz dəstəyini göstərməklə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında müsbət dəyişikliklər yaratmağa çalışır.
Xatırladaq ki, “Bakcell” müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir, “Sür@” ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan “Bakcell” öz “Sür@” xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq və yaxud 555-ə zəng etmək lazımdır. Press-relizlərlə tanış olmaq üçün isə www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olmaq lazımdır.
Başqa mobil operatorların abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/bakcell-in-desteyi-ile-tehsil-avtobusu-2017-yay-mektebi-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR