Müəllimi vəhşicəsinə qətlə yetirən terrorçular öldürüldü - FOTO

Müəllimi vəhşicəsinə qətlə yetirən terrorçular öldürüldü - FOTO
13:58 21 İyul 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə terrorla mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlarda son gündə 17 terrorçu zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, Tunceli əyaləti Jandarm Komandirliyindən verilən məlumata görə, bir qrup terrorçu aşkar edilərək dərhal məhv edilib.

Komandirlikdən verilən məlumata görə, daha 6 terroçu ölü olaraq ələ keçirilib. Həmin terrorçuların müəllim işləyən Nəcməddin Yılmazı qaçıran və vəhşicəsinə qətlə yetirən qatillər olduğu təsbit edilib.

Araşdırma aparılan bölgədə 1 ədəd “M-16” piyada tüfəngi, 4 Kalaşnikov tüfəngi, 1 tapança, 200 qr C4 partlayıcısı və başqa növ silahlar aşkarlanıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR