"Oyunçulara dedim ki, başınızı dik tutun" - "Yagelloniya"nın baş məşqçisi

"Oyunçulara dedim ki, başınızı dik tutun" - "Yagelloniya"nın baş məşqçisi
14:12 21 İyul 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

"Məyus olduğumuz heç kimə sirr deyil. Bu oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Bizim oyunda topu qəbul edərkən aqressiya, qərarlılıq və topla cəld davranma çatışmırdı".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Yagelloniya"nın baş məşqçisi İreniuş Mamrot  Avropa Liqasının II təsnifat mərhələsində doğma meydanda "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

O, ilk hissənin son 10 dəqiqəsində yaxşı oynadıqlarını bildirib: "Yüz faizli qol imkanları yaratdıq. Təəssüf ki, əlimizə düşən imkanlardan yararlana bilmədik. Hesab 1:1 olsaydı, başqa cür oyun sərgiləyərdik. İkinci hissədə komandanı motivasiyaya görə günahlandırmaq olmaz. Biz cəhd etsək də, rəqib bizi əks-hücumda yaxaladı və ikinci qolunu vurdu".

İ.Mamrotun sözlərinə görə, "Qəbələ" effektiv oyun sərgiləyib: "Mən paltardəyişmə otağında da oyunçulara dedim ki, başınızı dik tutun. Çünki komandamın məğlubiyyətə necə məyus olduğunun şahidi oldum. Avropa Liqası oyunları futbolçularımız üçün hədiyyə idi. Bütün komanda, azarkeşlər "Panatinaikos"la oyuna köklənmişdi. Təəssüf ki, bunu reallaşdıra bilmədik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR