Bu yol yüzminlərlə insanın işini asanlaşdıracaq - FOTO

Bu yol yüzminlərlə insanın işini asanlaşdıracaq - FOTO
14:12 21 İyul 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azəravtoyol" ASC tərəfindən  Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R18) 138 km-lik hissəsinin yenidən qurulması uğurla davam etdirilir.

Milli.Az bildirir ki, layihəyə uyğun olaraq avtomobil yolu 2 hissə üzrə yenidən qurulur:
Aran-Qarağacı hissəsi (km 0-26)

Qarağacı-Bəhramtəpə hissəsi (km 26-138)

Bundan öncə yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16,5 km-lik hissəsi yüksək səviyyədə qurularaq cari ilin aprel ayında prezident İlham Əliyevin iştirakı vətəndaşların istifadəsinə verilib.

Yolun 16,5-154,5 km-lik hissəsində isə hazırda işlər sürətlə davam etdirilir. Bu hissədə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol yatağının eni isə 12 metr təşkil edir.

Ümumilikdə asfalt-beton örtüyü 27 sm təşkil edəcək.

Layihəyə uyğun olaraq Mingəçevir-Bəhrəmtəpə yolunda yolun altından suların ötürülməsi üçün 268 ədəd suötürücü borunun quraşdırılması və 32 yerdə suötürücü keçidin inşası nəzərdə tutulub və bu istiqamətdə işlər aparılır. Bundan başqa yolun altından keçidi təmin etmək məqsədi ilə 22 yerdə alt keçidin inşası aparılır.

Yol boyu M2-R18 kəsişməsində, İncəçay, Tərtərçay, Xaçın çayı və Qarqarçay üzərində olmaqla 5 yeni körpü də inşa edilir.

Hazırda layihə çərçivəsində yol boyu torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının inşası aparılır. Hazır hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Bundan başqa yol boyu kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların, su və yeraltı keçidlərin inşası işləri də görülür. Faktiki olaraq Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna aparılan tikinti işlərinin tərəqqisi 42 faiz təşkil edir.

İşlərin qrafikə uyğun və yüksək keyfiyyətlə aparılması üçün əraziyə lazımi saydı qüvvə cəlb olunub.

Qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.
 

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/565441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR