BŞTİ: Paytaxtda 2 yeni məktəb binası tikilir

BŞTİ: Paytaxtda 2 yeni məktəb binası tikilir
14:32 21 İyul 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Yeni dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.
İdarədən "Report"a verilən məlumata görə, hazırda 20 nömrəli məktəb-lisey və 306 nömrəli tam orta məktəb üçün yeni binalar inşa olunur.
Bildirilib ki, 10, 74, 171, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilir. Daha 9 məktəbdə cari təmir işləri görülür.
Məlumata görə, paytaxt məktəblərində aparılan bütün tikinti və təmir işlərinin 2017-2018-ci tədris ili başlayanadək yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 tam orta, 3 ümumi orta, 7 axşam məktəbi, 3 xüsusi təhsil müəssisəsi, 46 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bsti-paytaxtda-2-yeni-mekteb-tikilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR