IMF Yunanıstana yeni kreditin ayrılmasını təsdiq edib

IMF Yunanıstana yeni kreditin ayrılmasını təsdiq edib
14:32 21 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondunun (IMF) Direktorlar Şurası Yunanıstana 1,6 mlrd. avro (1,85 mlrd. ABŞ dolları) həcmində kreditin ayrılmasını təsdiqləyib. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, IMF-dən gələn açıqlamada anlaşmanın qüvvəyə minməsi üçün Direktorlar Şurasının ikinci qərarı qəbul edilməlidir.
Qeyd edək ki, IMF-lə Yunansıtan arasındakı anlaşmanın müddəti 2018-ci ilin avqust ayında bitir. IMF sədri Kristian Laqard (Christian Lagarde) 2015-ci ildə Yunanıstana maliyyə yardımının ayrılmasına qarşı çıxsa da, bu ilin iyun ayında ölkənin lazımi islahatlar keçirdiyini əsas gətirərək Direktorlar Şurasını növbəti kredit tranşını ayırmağa çağırıb.
Yunanıstan həmçinin Avropa Sabitlik Mexanizmi (ESM) proqramı çərçivəsində maliyyələşdirilir. İyunun ortasında avrozona ölkələrinin maliyyə nazirləri tərəfindən Yunanıstana 8,5 mlrd. avro (9,9 mlrd. dollar) həcmində yeni kredit tranşının ayrılması qərarlaşdırılıb.
Xatırladaq ki, Yunanıstan 2015-ci ilin əvvəlində maliyyə böhranı ilə üzləşib və indiyədək bu ölkədəki iqtisadi problemlər davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/imf-yunanistana-yeni-kreditin-ayrilmasini-tesdiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR