Bakıda 500-ə yaxın adam qida zəhərlənməsindən xəstəxanaya düşdü

Bakıda 500-ə yaxın adam qida zəhərlənməsindən xəstəxanaya düşdü
14:43 21 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bu il yanvarın 1-dən iyulun 1-dək 71 nəfər qida zəhərlənməsi, 395 nəfər kəskin mədə bağırsaq iltihabı diaqnozu ilə xəstəxanamıza müraciət edib.

Publika.az xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzin Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülnarə Babayeva deyib.

O bildirib ki, xəstələrin hər birinə yüksək səviyyədə yardım göstrəlimiş və sağlam evlərinə buraxılıblar: “Bu müddət ərzində qida zəhərlənməsindən ölüm halı qeydə alınmayıb. Daxil olan şəxslərin 430-u rayon, 36-ı Bakı sakinidir. Müraciət edənlər daha çox 20-45 yaşlılar olub”.

G.Babayeva bildirib ki, KTM-ə 13 nəfərin botulizm diaqnozu ilə daxil olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/207034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR