“Kəpəz” Türkiyə klubları ilə qarşılaşacaq

“Kəpəz” Türkiyə klubları ilə qarşılaşacaq
14:57 21 İyul 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə təlim-məşq toplanışı davam etdirən “Kəpəz”in daha iki rəqibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisi yerli komandalarla üz-üzə gələcək.

 

Belə ki, hazırlığını Ərzurumda keçən Şahin Diniyevin komandası 1-ci liqa təmsilçiləri ilə qarşılaşacaq. Komanda əvvəlcə sabah “Ankaragücü” ilə, iyulun 24-də isə “Elazığspor”la matçda qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, “Kəpəz” ilk yoxlama görüşündə “Samsunspor”a 1:2 hesabı ilə məğlub olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kpz-turkiy-klublar-il-qarlaacaq-t59437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR