"Qəbələ" "Neftçi"yə şərik çıxdı

"Qəbələ" "Neftçi"yə şərik çıxdı
15:22 21 İyul 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" tarixində 9-cu dəfə avrokubokda mərhələ adlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Avropa Liqasının II təsnifat mərhələsində Polşa "Yagelloniya"sını mübarizədən kənarlaşdırıb.

Evdəki 1:1 hesablı bərabərlikdən sonra səfərdə 2 cavabsız qolla qalib gələn əyalət klubu bunadək 8 dəfə raund adlamışdı. Həm 2015/16, həm də 2016/17 mövsümlərində qəbələlilər təsnifat mərhələlərinin hamısını arxada qoymuşdu.

9-a çatan "Qəbələ" bu göstəricidə Azərbaycanın 2-ci komandası adına şərik çıxıb. "Neftçi" ilə eyni qədər uğur əldə edən "qırmızı-qaralar" yalnız "Qarabağ"dan geri qalır. Ağdamlılar 18 mərhələ keçib.

Qeyd edək ki, ümumilikdə Azərbaycanın 10 komandası mərhələ adlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR