ALQIŞLAR: Hamı bu yol polisindən danışır...

Azərbaycanda sosial şəbəkə istifadəçisinin yazdığı status hər kəsin marağına səbəb olub. 

Metbuat.az xəbər verir ki, Rəhim Rəhimov yol polisinin etdiyi müsbət hərəkəti status kimi paylaşıb. Həmin statusu olduğu kimi təqdim edirik:

"Bu gün anamla Bakıya gedirdim. Maşını yolun kənarına çəkdim altı dəydi, usta tapıb düzəltdirdim. Ciddi bir iş yox idi, xamut çıxmışdı, ancaq benzin çox axdı və yanacaq doldurma məntəqəsinə çatmamış qurtardı .Tural adlı Nəvahi postunun çavuşu öz maşını ilə gedib mənə benzin alıb gətirdi. Turalın timsalında yaşa Azərbaycan polisi!"

Sərdar Məmmədov / Metbuat.az 

VİDEO: Göydə qəribə hadisələr baş verir - Yadplanetlilər gəlir? - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR