"Milan"ın keçmiş sahibi Silvio Berluskoni klubun bu yay transfer bazarında fəallığına münasibət bildirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Milan"a ciddi investisiyalar qoyulacağını əvvəldən bilirdim. Bu yatırımlar, hətta ən optimist azarkeşlərin gözləntilərini də qabaqlayır. Əlbəttə, bunlar hələ uğur və nəticələrə zəmanət vermir. Futbolda oyunçular, məşqçi və klub arasında vəhdət deyilən sirr var".
Qeyd edək ki, 1986-2017-ci illərdə "rossoneri"nin sahibi olan Berluskoni bu aprelin 13-də klub səhmlərinin 99.93%-ni "Sport Investment Lux" şirkətinə təhvil vermişdi. Çin konsorsiumu bu səhmlərə görə 2 milyard dollara yaxın pul ödəmişdi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində