ABŞ hökuməti vətəndaşlarına KXDR səfərə getməyi qadağan edib

ABŞ hökuməti vətəndaşlarına KXDR səfərə getməyi qadağan edib
15:32 21 İyul 2017
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ "Young Pioneer Tours" turizm şirkəti ABŞ hökumətinin vətəndaşlarına Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfərlərin qadağan edilməsi barədə məlumat verib. 
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Bizə verilən xəbərə görə, ABŞ hökuməti vətəndaşlarına Şimali Koreyaya səfər etməyə icazə verməyəcək. Gözlənilir ki, qadağa 30 gündən gec olmayaraq iyulun 27-dən sonra qüvvəyə minəcək. 30 gündən sonra Şimali Koreyaya gedən ABŞ vətəndaşının pasportu ləğv olunacaq", - məlumatda deyilir.
"Reuters" agentliyinin xəbərinə görə, KXDR-ə səfərlər təşkil edən "Koryo Tours" turizm şirkəti də ABŞ-ın yeni qadağası barədə məlumatlandırılıb.
Qadağanın müddəti barədə məlumat verilmir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-hokumeti-vetendaslarina-kxdr-sefere-getmeyi-qadagan-edib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR