“Qoşunları ölkədən çıxar!” - Rusiyaya qarşı QƏRAR

“Qoşunları ölkədən çıxar!” - Rusiyaya qarşı QƏRAR
15:33 21 İyul 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Moldova parlamenti sülh kontingentinə daxil olan Rusiya hərbçilərinin ölkə ərazisindən çıxarılması haqqında bəyannaməni təsdiq edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu, yalnız siyasi bəyanatdır və heç bir hüquqi qüvvəsi yoxdur.

2017-ci ildə tanınmamış “Dnestryanı Moldova Respublikası”nda sülh əməliyyatının başlanmasından 25 il keçir. Münaqişə zonasında yerləşdirilən sülh kontingentinin tərkibinə 402 Rusiya, 492 Dnestryanı, 355 Moldova hərbi qulluqçusu, həmçinin Ukraynadan on hərbi müşahidəçi daxildir.

Bəyannamə səsverməyə çıxarılan zaman Sosialistlər Partiyasının fraksiyasından olan deputatlar etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.

“Bu layihə prezident İqor Dodonun vəziyyəti düzəltmək cəhdlərinə qarşı təxribatdır”, - sosialist deputat Vlad Batrınça deyib.

Qeyd edək ki, daha əvvəl Moldova prezidenti İqor Dodon Dnestryanı məsələsinin həllində güc tətbiq edilməsinin qəti olaraq əleyhinə çıxış edib. O, ölkənin birliyi üçün rəsmi Kişinyovun kompromisə getməyə hazır olduğunu bildirib.

“Əlbəttə bizdə də münaqişə törətməyə çalışanlar var, ancaq onların sayı çox azdır. Onları burada yeni bir qaynar nöqtə yaratmaq üçün Qərbdən sövq edirlər. Mən həmişə bu tip ssenarilərin əleyhinə olmuşam və olacağam da”, - deyə prezident çıxışı zamanı bildirib.

Xatırladaq ki, əhalisinin 60 faizdən çoxunu rus və ukraynalıların təşkil etdiyi Dnestryanı ərazisi hələ SSRİ-nin süqutuna qədər Moldovanın tərkibindən çıxmışdı. Bildirilir ki, Dnestryanı ərazinin bu qərarı Moldovanın Rumınıyaya birləşməsi ehtimalı ilə bağlı olub. Kişnyov 1992-ci ildə problemi güc yolu ilə həll etməyə çalışsa da, bu cəhd uğuruszluqla nəticələnib. Bundan sonra Dnestryanı ərazi tamamilə Kişnyovun nəzarətindən çıxıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR