""Qəbələ" mərhələ keçməyə layiq idi" - Marian Kelemen

""Qəbələ" mərhələ keçməyə layiq idi" - Marian Kelemen
15:47 21 İyul 2017
40 İdman
Ölkə mətbuatı
A- A+

"Biz "Qəbələ" üçün heç də asan rəqib olmadıq. Real şanslarımız yaransa da, istifadə edə bilmədik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Yagelloniya"nın qapıçısı Marian Kelemen deyib.

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə öz meydanlarında keçirdikləri (0:2) qarşılaşmanı dəyərləndirən Polşa klubunun qolkiperi bəxtsizlikdən gileylənib: "Rəqibin vurduğu ilk qolda bəxtimiz gətirmədi. Bakıda olduğu kimi, burdakı qolda da bəxt onların üzünə güldü. Əgər İlqar Qurbanovun zərbəsindən sonra top müdafiəçiyə dəyməsəydi, heç vaxt qapıdan keçməzdi. İlk görüşdə isə onun zərbəsindən sonra top təsadüfən hücumçularının ayağına dəyib tora düşdü. Biz isə əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Çox pis oldu".

37 yaşlı qolkiper "Qəbələ"dən zəif oynadıqlarını da vurğulayıb: "Etiraf etməliyəm ki, rəqibimizdən zəif idik. Erkən qol buraxdığımızdan, fasiləyə qədər bərabərlik topunu vurmalı idik. İkinci hissədə isə hücumda çoxalmağa başladıq. "Qəbələ" fiziki cəhətdən o qədər də yaxşı görünmürdü. Yalnız müdafiə olunmaqla məşğul idilər. Ancaq heç nə edə bilmədik. Nəticədə bizi əks-hücumda yaxalayaraq ikinci qolu vurdular".

Çexiyalı futbolçu "Qəbələ"nin növbəti mərhələyə adlamağa layiq olduğunu da etiraf edib: "Bu, futboldur. "Qəbələ" hər şeyi düzgün etdi. Onlar daha çox qol vurdular və mərhələ keçməyə layiq idi. Çox təəssüf edirəm. Ancaq başımızı yuxarı qaldırıb, irəli baxmalıyıq. İki gündən sonra çempionat matçımız olacaq. Həmin görüşə köklənmək lazımdır".

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada 1:1 hesabı qeydə alınmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR