Yayın yarısında turizm qiymətləri - REPORTAJ

Yayın yarısında turizm qiymətləri - REPORTAJ
15:49 21 İyul 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Yay yarı olsa da, hələ də istirahət etməyən və yayı iş başında keçirən insanlarımız var.
 
İstirahət etməyən vətəndaşlarınız bölgələrimizlə yanaşı, xaricdə də dincələ bilərlər. Turizm üzrə mütəxəssis Ramin Zamanov deyir ki, ötən illərlə müqayisədə bu il xaricə gedən vətəndaşlar arasında azalma müşahidə olunur: "Keçən illərə nisbətən bu il  ölkə daxilində istirahət etmək istəyənlərin sayı artmışdır. Bölgələrdə istirahət etmək istəyənlər daha çoxdur, nəyinki xaricə gedənlər, çünki əvvəlki illərə nisbətən ölkədəki infrastruktur daha yaxşıdır".
 
Ramin Zamanov deyir ki, vətəndaşların istirahət etmək üçün xüsusilə gedəcəkləri ölkənin mətbəxinə önəm vermələri əsas amillərdən biridir. Onun sözlərinə görə, əgər əvvəllər vətəndaşlar daha çox Türkiyə və Gürcüstanda istirahət etməyi seçirdilərsə, indi daha çox Avropa ölkələrinə getməyə üstünlük verirlər: "Yay fəsli ilə əlaqədar olaraq Türkiyənin dəniz sahillərinə, Avropadan isə İtaliya və İspaniyaya daha çox üstünlük verirlər. Avropaya gedən turistlərin sayı təxminən 15-20% artıb. İspaniyaya ona görə üstünlük verirlər ki, oranın mətbəxi əyləncə və istirahət məkanları bizim millətə uyğundur".
 
Turizm şirkətinin əməkdaşı deyir ki, turistlərin 60 faizi xaricə getməyə üstünlük verir: "100 faiz turistdən 60 faizi xaricə üz tutur, bu danılmaz faktdır. Bu da birbaşa xidmət səviyyəsi ilə əlaqədardır. Ən çox Türkiyədə istirahət-kurort zonaları - Antalya, Bodrum, Kuş adasıdır. Sanatoriyalarla bağlı Şimalı Qafqaza - Essentuki, Kislovodsk, Mineralnıye Vodı, Ukraynaya daha çox gedirlər".
 
Turizm üzrə ekspert Ramin Zamanov ötən illərlə müqayisədə bu il xarici turların qiymətində bahalaşma olduğunu deyir. Mütəxəssisin sözlərinə görə, qiymət artımına bir neçə amil təsir edib: "Turpaketlərin bahalaşmasına səbəb manata nisbətən dolların bahalaşmasıdır. Digər ölkələrlə müqayisədə bizdə aviabiletlərin qiyməti çox bahadır. Məsələn, Türkiyədən Avropaya istirahət etmək 70-80 avroya uçuşlar olduğu halda, bizdən Avropaya uçuş 400-500 manatdan az deyil".
 
Harada dincəlməyinizdən asılı olmayaraq, hər kəsə xoş istirahətlər!

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279662

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR