Dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib
15:57 21 İyul 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.
DİM-dən "Report"a verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu iyulun 24-dən avqustun 14-dək saat 18:00‑dək Dövlət İmtahan Mərkəzi (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) (bundan sonra - Mərkəz) tərəfindən aparılır. 
Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə mərkəzə təqdim edilə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/dovlet-orqanlarinda-vakant-inzibati-dovlet-qullugu-vezifelerinin-tutulmasi-ucun-umumi-musahibe-elan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR