Macarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Macarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
15:57 21 İyul 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfir İmre Laslotski diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov səfir İmre Laslotskiyə gələcək fəaliyyətində uğurlar arzu edib.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/macaristanin-azerbaycandaki-sefirinin-diplomatik-fealiyyeti-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR