AİF 25 mln. manatlıq istiqraz yerləşdirib

AİF 25 mln. manatlıq istiqraz yerləşdirib
16:07 21 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin ISIN nömrəsi AZ2019008682 olan faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 25 min ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar 1 008,83 manatdan təlif olunub və hamısı satılıb.
Yerləşdirmənin anderrayteri qismində “PAŞA Kapital” investisiya şirkəti çıxış edib.
İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-cı ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ai-f-25-mln-manatliq-istiqraz-yerlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR