Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan olundu

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan olundu
16:12 21 İyul 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.

DİM-dən Milli.Az-a verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 24 iyuldan 14 avqustdək saat 18:00‑dək DİM (Gənclik binası, AZ1110, Bakı şəhəri, K. Rəhimov küçəsi, 874-cü məhəllə) (bundan sonra - Mərkəz) tərəfindən aparılır.
 
Sənədlər şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə Mərkəzə təqdim edilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/565502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR