Dövlət qulluğunda iş axtaranların nəzərinə - Müsahibə var

Dövlət qulluğunda iş axtaranların nəzərinə - Müsahibə var
16:14 21 İyul 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir.

 

DİM-dən Lent.az-a verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu iyulun 24-dən avqustun 14-ü saat 18:00‑dək Dövlət İmtahan Mərkəzi (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) tərəfindən aparılır.

 

 Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə Mərkəzə təqdim edilə bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR