Özünü və qızını öldürmək istəyən Aysel Əlizadədən KÖVRƏK SÖZLƏR: "Sadəcə..."

Özünü və qızını öldürmək istəyən Aysel Əlizadədən KÖVRƏK SÖZLƏR: "Sadəcə..."
16:18 21 İyul 2017
219 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış yazıçı-şair Aysel Əlizadənin bu gün səhər saatlarında yazdığı intihar haqqında statusu sosial şəbəkələrdə əsas müzakirə mövzularından biri olub.

Publika.az məsələ ilə bağlı yazıçı ilə əlaqə saxlayıb, ona dəstək olmağa çalışıb. Ölümün bir addımlığında olan yazıçı dərin depressiyada olduğunu bildirib.

A.Əlizadə statusdan sonra ona çoxlu zənglər gəldiyini, dostlarından dəstək mesajlarını aldığını da qeyd edib: “Həyatımın çətin günlərini keçrirəm. Psixoloji problemlərim var. Məni intihara sövq edən digər səbəbləri ictimaiyyətə açıqlamaq istəmirəm. Sadəcə məsləhətə ehtiyacım var”.

Xatırladaq ki, A.Əlizadə statusunda bunları yazib:

“Beynim darmadağındı. Neçə vaxtdı ölümün bir addımlığındayam, özümü qızımın xətrinə saxlayıram. Psixoloji məqamlar çoxdu. Son günlər isə düşünürəm: bəlkə ikimizi də öldürüm? Bu qədər qəddar ruh halındayam. Bunu ona görə yazıram ki, bir vaxt sizə “intihar həddində insanlardan kömək istəyin” demişdim. Mən verdiyi məsləhətlərə özü əməl edən adamam. Nəsə deyin, hansısa sözlə kömək edin. Sakitləşə bilmirəm…"

Məlumat üçün bildirək ki, yazıçının qızı İzel birinci sinfi bu il bitirib. O, həm də Aqşin Yeniseyin qızıdır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/207047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR