Sumqayıt icra başçısının xanım müavini işdən çıxarılıb? - AÇIQLAMA

Sumqayıt icra başçısının xanım müavini işdən çıxarılıb? - AÇIQLAMA
16:52 21 İyul 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhər İcra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyevanın tutduğu vəzifədən azad olunması ilə bağlı xəbərlər yayılıb.

Milli.Az xəbər verir ki, yayılan məlumatı dəqiqləşdirmək üçün xeberle.com L.Hacıyevaya dəfələrlə zəng etsə də telefona cavab verən olmayıb.

Əvəzində isə Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev ilə əlaqə saxladıq. E. Qocayev Xeberle.com-a bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Lalə Hacıyeva işdən azad edilməyib, hazırda o, məzuniyyətdədir."

Xatırladaq ki, Lalə Hacıyeva 2014-cü ilin fevral ayından bu vəzifədə çalışır. Əvvəllər məktəbəqədər təhsil müəssisələrinə nəzarət də Lalə Hacıevaya tapşırılsa da sonradan bu səlahiyyətlər ondan alınıb və həmin işin icrası üçün Məktəbəqədər Təhsil Müəssisələrinin Vahid Mühasibatlığı yaradılıb.

O, dövlət xadimi, mərhum Zülfü Hacıyevin qızıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/565523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR