Əliyar Ağayev məşhur klubların oyununa təyinat aldı

Əliyar Ağayev məşhur klubların oyununa təyinat aldı
16:57 21 İyul 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edəcək. Fanat.Az xəbər verir ki, həmyerlimiz UEFA-dan təyinat alıb.

 

Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya) oyununda fit çalacaq. Bu görüş iyulun 25-də baş tutacaq.

 

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov  yerinə yetirəcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-liyar-aayev-mhur-klublarn-oyununa-tyinat-ald-t59440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR