Xorvatiyanın “Hayduk” klubu azarkeşləri irqçi davranışlara yol verdikləri üçün cəzalandırılıb

Xorvatiyanın “Hayduk” klubu azarkeşləri irqçi davranışlara yol verdikləri üçün cəzalandırılıb
16:57 21 İyul 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Xorvatiyanın “Hayduk” klubu cəzalandırılıb. “Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb Split təmsilçisi azarkeşlərinin Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan “Levski”si ilə ev oyunu zamanı irqçi davranışlara yol verməsidir.
Bu səbəbdən, “Hayduk” III təsnifat mərhələsində ev oyununu azarkeşsiz keçirəcək. Üstəlik, klub 50 min avro cərimələnib. Azarkeşlər meydançaya kənar əşyalar atdıqları üçün xorvatiyalılar əlavə 5 min avro da ödəməli olacaqlar.
Qeyd edək ki, “Hayduk” hər iki oyunda “Levski”ni məğlub etməklə (1:0, 2:1) növbəti raunda yüksəlib. Split təmsilçisi III təsnifat mərhələsində “Bröndbü” ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də Danimarkada, cavab matçı isə avqustun 3-də Xorvatiyada olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/xorvatiyanin-hayduk-klubu-azarkesleri-irqci-davranislara-yol-verdiyi-ucun-cezalandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR