La Liqanın püşkü atıldı

La Liqanın püşkü atıldı
16:57 21 İyul 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında 2017-18 mövsümünün püşkü atılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, çempionat avqustun 19-da start götürəcək.

Ayın 19-20-də keçiriləcək ilk turda son çempion "Real" "Deportivo"nun qonağı olacaq. "Barselona" isə "Betis"i qəbul edəcək. Mövsümə gələn il mayın 20-də keçiriləcək oyunlarla yekun vurulacaq.

"Real"la "Barselona" arasındakı qarşılaşmaların vaxtı da bəllidi. Azarkeşlər ilk "El Klasiko"ya dekabrın 20-də, XVII tur çərçivəsində "Santyaqo Bernabeu"da tamaşa edəcəklər. Əzəli rəqiblər arasında II dövrənin qarşılaşması isə gələn il mayın 6-da (XXXVI tur) "Nou Kamp"da baş tutacaq.

La Liqada I turun təqvimi

"Sevilya" - "Espanyol"
"Malaqa" - "Eybar"
"Valensiya" - "Las Palmas"
"Selta" - "Real Sosyedad"
"Barselona" - "Betis"
"Deportivo" - "Real"
"Leqanes" - "Alaves"
"Levante" - "Vilyarreal"
"Xirona" - "Atletiko"
"Atletik" - "Xetafe"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR