Dünya şöhrətli rəssamın məzarını açdılar

Dünyaca məşhur ispan rəssamı Salvador Dalininin 28 il fasilədən sonra DNT testi üçün məzarı açılıb.

Metbuat.az bildirir ki, Mariya Pilar Abelin Dalinin qızı olduğu iddiası ilə açılan məzardan DNT nümunələri götürülərək həkimlərə göndərilib. Dalinin qızı mətbuata  testin cavabının avqust ayında çıxacağını açıqlayıb.

61 yaşlı baxıcılıqla məşğul olan Abelin 2015-ci ildə atasından qalan miras üçün məhkəməyə müraciət edib. Anasının 1950-ci llərdə Dalinin yaşadığı evdə xidmətçi kimi çalışdığını və Dali ilə olan dostluğunun bir müddət sonra gizli eşq əlaqəsinə çevrildiyini irəli sürüb.

Aktyor Aygünlə Röyanı barışdırmaq istəyir - "Onlarda kalsium çatışmır..."- Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR