Səfir: "BMT-nin bəzi qətnamələri bir neçə saata icra edilir, bəziləri isə illər ərzində yerinə yetirilmir"

Səfir: "BMT-nin bəzi qətnamələri bir neçə saata icra edilir, bəziləri isə illər ərzində yerinə yetirilmir"
17:37 21 İyul 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ "BMT-nin bəzi qətnamələri bir neçə saata icra edilir, bəziləri isə illər ərzində yerinə yetirilmir. Azərbaycan belə bir şəraitdədir ki, 1993-cü ildən mənim ölkəmin ərazisinin işğalının dayandırılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməmiş qalır".
"Report"un verdiyi xəbərə görə, bu barədə Qüds məsələsi ilə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekunları üzrə sessiyada Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev deyib.
Onun sözlərinə görə, qətnamələrin yerinə yetirilməməsinin əsas səbəbi ilk növbədə onların yerinə yetirilməsi üçün mexanizmin olmamasındadır: "Birincisi, bəzi ölkələr digər dövlətlərə təzyiq göstərmək istəmir. Ona görə də, münaqışələr uzanır". 
Ş.Abdullayev həmçinin Azərbaycanın Fələstin xalqını dəstəklədiyini deyib və ümidvar olduğunu bildirib ki, Bakıda keçirilən beynəlxalq konfrans Fələstin-İsrail münaqişəsinin nizama salınması prosesini sürətləndirməyə kömək edəcək.  

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-bmt-nin-bezi-qetnameleri-bir-nece-saata-icra-edilir-bezileri-ise-iller-erzinde-yerine-yetir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR