Liviya-Suriya sərhədində əməliyyat

Liviya-Suriya sərhədində irimiqyaslı əməliyyatlar başlayıb.

Metbuat.az xəbər verir ki, Şam rejimi və Hizbullah polisləri Arsal qəsəbəsində müxalif silahlı qruplaşmalara qarşı hücuma keçib. Şam rejimi əməliyyatlara hava dəstəyi verir. İŞİD terrorçularının da olduğu əraziyə jurnalistlərin girişinə qadağa qoyulub.

“Heyət Təhrir Şam” və İŞİD uzun müddətdir ki, dağlıq ərazidə bir-birinə qarşı mübarizə aparır. “Heyət Təhrir Şam”-ın tərkibində Əl-Nusra qruplarının da olduğu bildirilir. Əməliyyatlar nəticəsində ölən və yaralananlar haqqında hələ ki, məlumat verilmir.  

Qeyd edək ki, Arsal qəsəbəsində 100 min suriyalı yaşayır. Qəsəbə uzun zamandır ki, Suriyadakı silahlı qruplaşmalar, Hizbullah polisləri və Liviya ordusu arasında mübarizə meydanına çevrilib.

Yaxın Şərq qarışdı: Yaralılar var - FOTOLAR-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR