Livan-Suriya sərhədində müharibə başladı

Livan-Suriya sərhədində müharibə başladı
18:03 21 İyul 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyadakı Əsəd rejimi ilə birlikdə mübarizə aparan Hizbullah təşkilatı böyük hərbi əməliyyata başlayıb. Şam rejiminin havadan dəstək verdiyi əməliyyat müxalif silahlı qruplaşmalara qarşı təşkil edilib.

Publika.az xəbər verir ki, Arsal qəsəbəsində açılan silahların hədəfində Şam rejiminə müxalif Heyət Tahrir ilə İŞİD terror təşkilatı var. Bu təşkilatlar uzun müddətdir ki, bölgədə bir-birilərilə qarşıdurma yaşayır.

Livan ordusunun tam nəzarətə götürdüyü bölgədə ölü və yaralı olduğuna dair hər hansı bir açıqlama yoxdur.

İŞİD terrorçularının da olduğu bölgəyə media nümayəndələrinin girişi qadağan edilib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR