"Bizi heç də asan olmayan iki oyun gözləyir" - Qurban Qurbanov

"Bizi heç də asan olmayan iki oyun gözləyir" - Qurban Qurbanov
18:05 21 İyul 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

"Şerif" uzun müddətli Avropa təcrübəsinə malik bir komandadır. Rəqibimiz demək olar ki,  hər mövsüm avrokuboklarda mübarizə aparır".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

O, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqiblərinə ciddi yanaşdıqlarını və onları çətin oyunlar gözlədiyini bildirib: "Komandanın heyətində çoxlu legionerlər yer alır və heyəti yeniləyiblər. Bu da onu göstərir ki,  "Şerif" bu mövsümə olduqca ciddi hazırlaşır.  Komandaya italiyalı baş məşqçi rəhbərlik edir və adətən belə komandalar yüksək nizam-intizama malik olurlar. Bizi heç də asan olmayan iki oyun gözləyir.  Amma nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR