Biləsuvar şəhərində 57 yaşlı kişi zəhərlənib

Biləsuvar şəhərində 57 yaşlı kişi zəhərlənib
18:17 21 İyul 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyul. REPORT.AZ/ Biləsuvar şəhərində zəhərlənmə hadisəsi baş verib. 
"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Mərkəzi Park ərazisində qeydə alınıb. Belə ki, bu gün günorta saatlarında Bakı şəhər sakini 1960-ci il təvəlüdllü Əhmədov Əmirulla Veysəl oğlu Təcili Tibbi Yardım avtomobili ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona zəhərlənmə diaqnozu qoyulub.
Xəstəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Yaxınlarının dediyinə görə, o, yediyi sosiskadan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvar-seherinde-57-yasli-kisi-zeherlenib11

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR