Daxili işlər orqanlarında kadr dəyişikliyi olub

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub
18:27 21 İyul 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 21 iyul. REPORT.AZ/ Biləsuvar rayonunun Səmədabad Polis Bölməsinin rəisi polkovnik-leytenant Əjdər Hacıyev vəzifəsindən azad olunub. 
"Report"un Aran bürosunun verdiyi xəbərə görə, o, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat üzrə birinci müavini təyin olunub. Ə.Hacıyevin yerinə isə polkovnik-leytenant Arif Salmanov təyin olunub. O, bu vaxta qədər Neftçala Rayon Polis Şöbəsinin qərargah rəisi olub.
Daxili işlər nazirinin digər əmri ilə Biləsuvar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polkovnik-leytenant Mehman Abışov vəzifəsindən azad olunaraq, Cəlilabad Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/daxili-isler-orqanlarinda-kadr-deyisikliyi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR