Nazirlik Binəqədidə ağacların kəsilməsi ilə bağlı məlumat yaydı

Nazirlik Binəqədidə ağacların kəsilməsi ilə bağlı məlumat yaydı
18:32 21 İyul 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Bakı şəhər sakinləri Həsrət Qocayev və Elçin Hüseynov tərəfindən Binəqədi rayonu, S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsindəki ərazinin hasara alınması və ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Milli.Az-a daxil olan məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 174 m2 torpaq sahəsinin metal lövhələrlə hasara alındığı və hasarlanmış ərazinin daxilində 3 ədəd sərv ağacının yaş köküstə olduğu məlum olub, ağac kəsilməsi və zədələnməsi hallarına rast gəlinməyib.

Araşdırma zamanı məlum olub ki, Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı əsasında S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsindəki 174 m2 torpaq sahəsi bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisi üçün fiziki şəxs Bağır Abdullayeva verilib.

Mövcud vəziyyətlə bağlı qanunamüvafiq qaydada akt tərtib edilib və ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə, rayon Polis İdarəsinə və fiziki şəxs B.Abdullayevə məktub göndərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR