Luçesku Bolqarıstan klubunun təklifini rədd etdi

Luçesku Bolqarıstan klubunun təklifini rədd etdi
18:57 21 İyul 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Tanınmış rumıniyalı mütəxəsis Mirça Luçesku "Ludogorets"i çalışdırmaqdan imtina edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bolqarıstan klubu 71 yaşlı məşqçiyə 2.5 milyon avro illik məvacib ödəməyə hazır olsa da, Luçesku 3 milyon avro istəyib. Bundan sonra tərəflər danışıqları dayandırıb. Bir sıra idman nəşrləri onun 2000-02-ci illərdə rəhbərlik etdiyi "Galatasaray"a qayıdacağını yazır. İstanbul klubu Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Ostersunds"a uduzaraq mübarizəni dayandırandan sonra baş məşqçi İqor Tudorun istefası gündəmdədir. Luçeskunun son klubu "Zenit" olub. Mayda qeyri-qənaətbəxş nəticələrə görə "piterlilər" onunla yollarını ayırmışdı. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/565423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR