İlham Əliyev Filippin prezidentinə məktub göndərdi

İlham Əliyev Filippin prezidentinə məktub göndərdi
18:58 21 İyul 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Filippin Prezidenti Rodriqo Rao Duterte Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Publika.az-ın xəbərinə görə, təbrikdə deyilir: "Zati-aliləri. Filippin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Mən, həmçinin bu xoş fürsətdən istifadə edərək, Filippinin ikitərəfli münasibətlərimizi daha da möhkəmləndirmək arzusunu bildirir və gələcək illərdə əlaqələrimizin qarşılıqlı maraq doğuran daha çox sahəni əhatə edəcəyinə ümidvaram.

Mən Zati-alinizə möhkəm cansağlığı arzulayır, Azərbaycanı daha böyük inkişaf və rifaha apardığınız bu yolda Sizə davamlı müvəffəqiyyətlər arzulayıram.

Zati-aliləri, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/207067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR