“Bakıda balıq bazarının olmaması böyük çatışmazlıqdır” - Prezident

“Bakıda balıq bazarının olmaması böyük çatışmazlıqdır” - Prezident
19:14 21 İyul 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

“İndi balıqyetişdirmə müəssisəsinin təməli qoyulacaq, balıq bazarı tikilib. Baxın, bu günə qədər Bakı şəhərində balıq bazarı olmayıb. Bu, böyük çatışmazlıqdır. Çünki dəniz kənarında yerləşən şəhərlərin əksəriyyətində balıq bazarları olur”. 
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Pirallahıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı deyib.
 
Dövlət başçısı qeyd edib ki, bu balıq bazarları həm vətəndaşlara xidmət edir, eyni zamanda, bir növ turizm zonasına çevrilir: “İndi burada gözəl bir kiçik bulvar salınıb, balıq bazarı var, balıq yetişdirmə müəssisəsi yaradılır. Turizmin inkişafı bundan sonra sürətlə gedəcək. Gürgan qəsəbəsində böyük turizm layihəsi var. İndi Pirallahı da gözəl bir cənnət yerə çevrilib. Burada həm Pirallahı, həm bütün Bakı sakinləri, Azərbaycan vətəndaşları və qonaqlar üçün çox gözəl şərait yaradılıb”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR