Ədliyyə Nazirliyində BÖYÜK "ƏMƏLİYYAT": 20 əməkdaş məsuliyyətə cəlb olundu

Ədliyyə Nazirliyində BÖYÜK "ƏMƏLİYYAT": 20 əməkdaş məsuliyyətə cəlb olundu
19:18 21 İyul 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin birinci yarısında fəaliyyətlərində yol verdikləri ciddi qanun pozuntularına və digər neqativ hallara görə Ədliyyə Nazirliyi İcra Xidmətinin 20 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 7 nəfər isə tutduğu vəzifədən azad edilib.

Publika.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən müşavirədə bildirilib. Müşavirədə bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması halları və digər nöqsan və çatışmazlıqlar icra qurumlarının rəhbərlərinin nəzərlərinə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.

Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/207070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR