AFFA bu komandanı Bakıya 700 min avroya gətirib

AFFA bu komandanı Bakıya 700 min avroya gətirib
19:27 21 İyul 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl həbs olunan FIFA-nın vitse-prezidenti, İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar və onun oğlu Qorka Vilyarla bağlı maraqlı məqamlar üzə çıxıb. Fanat.Az xəbər verir ki, korrupsiya əməliyyatı çərçivəsində saxlanılan ata-oğulun işində Azərbaycanın da adı keçir.


Bu barədə abc.es saytı məlumat yayıb. Məlumata görə, 2009-cu ildə keçirilən Azərbaycan - İspaniya yoldaşlıq oyunu üçün AFFA qarşı tərəfə 700 min avro ödəyib. Lakin bu pulun böyük hissəsi mənimsəlib. Bildirilir ki, 200 min avro yerli federasiyasının hesabına ödənilib. Qalan 500 min avro isə ortadan yox olub. 


Bu ata və oğlu Vilyarın yol verdiyi yeganə korrupsiya əməli deyil. Onlar Cənubi Koreya ilə 2012-ci ildə keçirilən iki oyuna görə ödənən 1,2 milyon avronun 870 minini federasiyaya köçürüb, qalan 330 minini mənimsəyiblər.


Ata və oğulun 12 oyunda yeyintiyə yol verdiyi və ümumilikdə federasiyaya 1 milyon avrodan artıq ziyan vurduğu bildirilir.


Qeyd edək ki, 2009-cu ilin iyun ayının 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunda İspaniya Azərbaycanı 6:0 hesabı ilə udub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-bu-komandan-bakya-700-min-avroya-gtirib-t59444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR