Təmiz zeytun yağını necə tanıyaq? - ÜSULLAR

Təmiz zeytun yağını necə tanıyaq? - ÜSULLAR
19:27 21 İyul 2017
Ölkə mətbuatı
A- A+

Hər bir sahədə olduğu kimi qida sahəsində də vaxtaşırı saxta məhsullarla qarşılaşırıq. Təəssüf ki, bu məhsulların arasında zeytun yağı da var. Ancaq Bu reseptlə zeytun yağının saxta, yaxud əsl olduğunu dərhal biləcəksiniz. 

Əsl zeytun yağı ilə saxtasını ayırmaq üçün sizlərə bəzi məsləhətlər veririk. Milli.Az ailem.az-a istinadən bildirir ki, ilk növbədə, zeytun yağı alarkən onun qiymətinə diqqət edin. Əgər ucuzdursa almayın.

Qatqısız zeytun yağının digər xüsusiyyəti isə donmasıdır. Azacıq su qatdıqda isə dərhal əriyir.
 
Əsl zeytun yağının içərisində az miqdarda olsa da turşu var. Bu səbəblə onun dadına baxın. Ağzınızı yüngülcə yandırması bunun əsl zeytun yağı olmasına işarədir.
 
Bir stəkan zeytun yağını eyni miqdarda su ilə qarışdırın. Həqiqi zeytun yağı suyun üzərinə çıxacaq. Saxta yağ isə tamamilə suya qarışacaq.
 
Verdiyimiz sonuncu forma isə dəqiq nəticə əldə etməyinizə bəs edəcək. Zeytun yağını duz ilə qarışdırın. Əgər çəhrayı və ya qırmızı rəng alınarsa, deməli, həmin yağ saxtadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/565466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR