Çində qum heykəllərdən ibarət park yaradılır - FOTO

Çində qum heykəllərdən ibarət park yaradılır - FOTO
19:32 21 İyul 2017
Ölkə mətbuatı
A- A+

Yüksək və yeni texnologiyaların mənimsənilməsi rayonu olan Bincou Çində Xuanxe çayının aşağı axınında yerləşir. Burada bir hektar ərazidə qumdan hazırlanmış heykəllərdən ibarət nəhəng tematik park yaradılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, park çoxlu bölmələrdən ibarətdir. Burada qum heykəllər, relyef, animasiya və digər zonalar var. Hazırda park ərazisində çinli heykəltəraşlar qumdan hazırlanmış 30-dan çox əsərin üzərində dəqiqliklə işləyirlər.

Avqustun ilk günlərində parkın ziyarətçilərin üzünə açılacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/565548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR