Almaniya da eynicinslilərin nikahını leqallaşdırdı

Almaniya da eynicinslilərin nikahını leqallaşdırdı
19:48 21 İyul 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya prezidenti Frank-Valter Ştaynmayer eynicinsiyyətli nikahların leqallaşdırılması haqqında qanun imzalayıb. Qeyd olunur ki, sənəd 2017-ci il oktyabrın 1-dən tez olmayaraq qüvvəyə minməlidir.

Publika.az bildirir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Xatırladaq ki, iyunun 30-da Almaniya parlamentinin aşağı palatası eynicinsiyyətli nikahların tanınması barədə qanun layihəsini bəyənmişdi. Səsvermə nəticəsində 393 deputat dəstək, 226 deputat isə eynicinsiyyətli nikahlara qarşı çıxmışdı.

Maraqlıdır ki, AFR kansleri Angela Merkel qanun layihəsinin qəbul edilməsinin əleyhinə səs verib.

Xristian-demokrat ittifaqının sədri kimi o, deputatlara partiya rəhbərliyinin mövqeyinə istinad etməyərək "vicdan qanunları ilə" səs verməyə çağırıb.

Əvvəllər də eynicinsiyyətli nikahların leqallaşmasını istəməyənlərin əksəriyyəti məhz bu partiyanın üzvləri idi.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR