Polis və nəqliyyat müfəttişləri reyd keçirib - VİDEO

Polis və nəqliyyat müfəttişləri reyd keçirib - VİDEO
20:37 21 İyul 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında sərnişin daşınması qadağan olsa da, yollarda hələ də təhlükəyə göz yuman sürücülərə rast gəlmək mümkündür.

Hələ bu azmış kimi avtobus sürücüləri arasında yol polisinin "saxla" işarəsinə tabe olmayanlar da var...

Milli.Az bildirir ki, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq, eləcə də qanunsuz sərnişin daşıma hallarına son qoymaq məqsədi ilə Baş Dövlət Yol Polis idarəsinin əməkdaşları və Dövlət Avtomobil Nəqliyyat Xidmətinin müffətişləri Goranboyda reyd keçirib. Yoxlamalar zamanı bəzi avtobus sürücüləri özlərini və sərnişinlərin həyatını təhlükəyə ataraq aradan çıxmağa çalışıblar.

Gecə saatlarında keçirilən reyd zamanı iri tutumlu avtobusla Bakı istiqamətinə sərnişin daşıyan, nəqliyyat vasitəsinin texniki sazlığına nəzər yetirməyən, hətta sükan arxasında sənədsiz əyləşən sürücülər də aşkarlanıb. Yol verilən qayda pozuntularına görə sürücülər cərimələnib.

Reyd zamanı gecə yola çıxan sürücülərə avtobusları təhlükəsiz bir yerdə saxlayaraq saat 24:00-dan səhər saat 05:00-dək istirahət etmələri tövsiyə edilib.

Birgə reydlər qarşıdakı günlərdə də davam edəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Polis və nəqliyyat müfəttişləri reyd keçirib


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR