Yıldız Tilbenin yeni mövsümdən etibarən "O Səs Türkiyə"nin münsiflər heyətində yer alacağı gözlənilir.
Metbuat.az xəbər verir ki, TV 8-nin sahibi Acun Ilıcalı məsələyə münasibət bildirib:
"Hələlik bu barədə iclasımız olmayıb. Sadəcə, kiçik fikir mübadiləsi aparmışıq. Mən Yıldız Tilbeni "O Səs Türkiyə"yə yaraşdırıram. Dəyərli sənətçilərimizdəndir. Əminəm ki, proqrama rəng qatacaq".